“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirib. Offsideplus.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edib.
Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə etsə də, gözlənilmədən 0:2 uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Təmsilçimiz bu mərhələdə "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.