İtaliyanın “Roma” klubunun türkiyəli futbolçusu Cengiz Ünder UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, ötən gecə ÇL-in 1/8 final mərhələsi çərçivəsində Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə səfər oyununda hesabı açan 20 yaşlı oyunçu qitənin ən nüfuzlu klub turnirində qol vuran ən gənc türk futbolçuya çevrilib.

Qeyd edək ki, Ünderin bu qolu komandası üçün yetərli olmayıb və qalan dəqiqələrdə iki qol buraxan romalılar meydanı məğlubiyyətlə tərk ediblər – 1:2.