"Qarabağ" klubunun futbolçusu Filip Ozobiç yenə zədələnib.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində hazırda davam edən "Dundalk"la matçın 24-cü dəqiqəsində topa zərbə vurduğu epizodda rəqiblə toqquşaraq, zədə alıb. Oyuna davam edə bilməyən Ozobiç bir dəqiqə sonra Dani Kintana ilə məcburi əvəzlənib.