Çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la cavab oyunundan sonra "Barselona"nın kapitanı Lionel Messi jurnalistlərin suallarını cavablandıra bilməyib.
Offsideplus.az-ın məlumatına görə, buna səbəb argentinalı superulduzun görüşdən dərhal sonra dopinq-testə çağırılması olub.
Maraqlısı burasındadı ki, Leo stadionu hamıdan gec tərk edib. Buna səbəb onun 2 saata yaxın dopinq-test otağında qalması olub.
Qeyd edək ki, ilk görüşdə 3:0 hesablı qələbə qazanan "Barselona" cavab matçında 0:4 hesabı ilə yenilərək mübarizəni dayandırıb.