"Matç ərzində oyuna daha çox biz nəzarət etdik. İquainin ilk qolu ofsayd idi. 0:2 hesabı ilə geri düşdükdən sonra komandam yaxşı oyun nümayiş etdirdi"
Offsideplus.az xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Pokettino Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la ilk oyundan (2:2) sonra deyib.
"Futbolda bir az da şansa ehtiyac var. "Yuventus" 2:0 hesabı ilə irəlidə olmağa layiq deyildi. İkinci hissədə yaxşı oynadıq. Heç-heçə bizim üçün yaxşı nəticədir" - deyə o bildirib.
M.Pokettinə 1/4 finala yüksələcək komandanın adının hələ müəyyənləşmədiyini bildirib: "Yuventus" güclü heyətə sahibdir. İkinci matç çox çətin olacaq".