“Bavariya”nın futbolçusu Aryen Robben Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Beşiktaş”la oyunlar barədə danışıb.

Offsideplus.az xəbər verir ki, hollandiyalı futbolçu Almaniya mətbuatına açıqlamasında çempionatda lider mövqedə olmalarının komandanı rahatlatmayacağını deyib:

“Baş məşqçi dəyişikliyindən sonra komanda olaraq inkişaf etmişik. Çempionlar Liqasında da eyni uğuru təkrarlamalıyıq. Çempionatda lider olmağımızın komandanı rahatladacağını düşünmürəm. Bu cəhətdən yetərli təcrübəyə və lider oyunçulara sahibik. Üstəlik, bütün cəbhələrdə nəyə ehtiyac duyulduğunu bilən baş məşqçimiz var. Risk yoxdu”.

Xatırladaq ki, Almaniya Bundesliqasında lider olan “Bavariya” ən yaxın izləyiciləri “Leyptsiq” və “Bayer”i 18 xal qabaqlayır.