Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparan "Duysburq"un qapıçısı Mark Flekken xeyriyyə məqsədli hərrac təşkil edəcək.

Offsideplus.az goal.az-a istinadn xəbər verir ki, 24 yaşlı qolkiper "İnqolştad"la matçda buraxdığı kuryoz qolun "səbəbkarı" - su butulkasını hərraca çıxaracaq. Bu satışdan əldə olunacaq vəsait xeyriyyə fondlarının hesabına köçürüləcək.

Həmin oyunda Flekken komandasının hücumda olmasına görə su içmək qərarına gəlmiş və rəqibin əks-hücuma çıxmasını görməmişdi. Qapıçı vəziyyəti top tora daxi olandan sonra anlamışdı.