Porto-nun ispan qapıçısı İker Kasilyas Çempionlar Liqasının rekorduna bir addım da yaxınlaşıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli qolkiper Lokomotivlə görüşdə Manuel Fernandeşin penaltisini dəf edib.
O, turnirin tarixində 4-cü dəfə 11 metrlik zərbəni zərərsizləşdirib. Bununla da Kasilyas Canluici Buffon, Qreqori Kupe və Andrey Pyatova çatıb. İker əvvəlki üç penaltini Real-da oynadığı vaxt dəf edib.
Çempionlar Liqasında ən çox penalti dəf edən qapıçısı 5 qurtarışla Borussia-nın sabiq “1 nomrə”si Hans-Yorq Buttdur.