Çempionlar Liqasının Roma – CSKA (3:0) oyunundan öncə Romanın "Repubblika” metrostansiyasında eskalatorun sıradan çıxması 30 fanatın bədən xəsarətləri almasıyla nəticələnib.

Offsideplus.az xəbər verir ki, Moskva təmsilçisinin azarkeşlərindən 3-ü ağır vəziyyətdədir. Tərəfdarlardan biri isə ayaqlarını itirib.

ÇSKA-nın Aleksey adlı fanatı "Matç TV”-nin efirində olayın detalları haqda danışıb:

"Eskalator iki dəfə sürətləndi. İnsanlar aşağı tökülməyə başladı. Ora Romanın mərkəzi olsa da, təcili yardım çox gec gəldi. İyirmi beş dəqiqə gözləməli olduq. İnsanları qan aparırdı. Xəsarət alanlara bacardığımız kimi kömək edirdik. Xoşbəxtlikdən aramızda həkim var idi. Onun göstərişləri sayəsində yaralılar həyatını itirmədi”.

 

Fanat.Az