Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda səfərdə "İnter"ə 0:1 hesabı ilə uduzan  "Arsenal"ın baş məşqçisi Mikel Arteta matçın rumıniyalı baş hakimi İştvan Kovaçdan narazı qalıb.

Offsideplus.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Penalti epizodlarında bizə qarşı çox sərt mövqey sərgiləyirdilər. Qapımıza penalti təyin edilirsə, digər epizodda da eyni qərar verilməli idi. Mən buna 100 faiz tam əmənim".