Barcelona-nın hücumçusu Leonel Messi Çempionlar Liqasını komandası üçün prioritet turnir adlandırıb.

Offsideplus.az xəbər verir ki, argentinalı səfərdə Tottenham üzərindəki qələbəni də şərh edib:

“Barcelona üçün bütün turnirlər önəmlidir. Çempionlar Liqası isə daha əhəmyyətlidir. Bu turniri tortun ən dadlı hissəsinə bənzədərdim. Burada mübarizə aparmaq üçün ölkə çempionatında yaxşı oyun göstərməlisən. Barcelona bütün oyunlarda gücünü ortaya qoymağı bacarır. Çempionlar liqasında səfər matçları asan olmur. Tottenham kimi komandalarla qarşılaşmaq isə daha çətindir. Səfərdə əla oynadıq. Birinci hissə gözlədiyimizdən də yaxşı keçdi. İstədiyimizə nail olduq”.

Xatırladaq ki, Barcelona ÇL-nin ikinci turunda səfərdə Tottenham-ı 4:2 hesblı məğlubiyyətə uğradıb. Messi oyunda dubl edib.