“Moskvanın CSKA klubunun qapıçı Akinfeyevə görə şikayəti qəbul edilməyəcək. Hakim ikinci sarı kartı səhvən başqa bir futbolçuya göstərərsə, qərar yalnız həmin halda dəyişə bilər”.

Offsideplus.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinin nümayəndəsi belə deyib.

Xatırladaq ki, çempionlar liqasının 2-ci turunda keçirilən CSKA-Real matçında meydan sahiblərinin qolkiperi İqor Akinfeyev meydandan qovulub. Qarşılaşmanın rumıniyalı baş hakimi ona 2 sarı kartla cəzalandırıb. UEFA-nın reqlamenti qərarın dəyişdirilməsinə imkan vermir. Qolkiper Roma ilə oyunda meydana çıxmayacaq.