"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Dinamo" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç rəqibin 0:2 hesablı üstünlüyü ilə başa çatıb (Ümumi: 0:5). Beləliklə, "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb və yolunu Avropa Liqasında davam etdirəcək.

28 avqust 

Çempionlar Liqası, pley-off 

20:45 "Qarabağ" - "Dinamo" 0:2

İlk oyun: 0:3

Tofiq Bəhramov adına Respublika stadionu.