Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi "Qarabağ" Bolqarıstan klubu "Ludoqorest"lə qarşılaşdı.
Offsideplus.az xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatdı.
Görüşdə "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:
* Komandalar meydanda daxil olanda "Qarabağ"ın himni səsləndirildi. Çoxlu elə düşündü ki, Azərbaycan Respublikasının Dövlət Himni oxunur. Bu səbəbdən də arenadakıların bəziləri ayağa qalxdı.
* 29-cü dəqiqədə rəqibin üzvü Kaio Vidal Marko Veşoviçə qarşı qaydanı pozdu. Daha sonra "Ludoqorest"in üzvü əli ilə monteneqroluya "qalx", - deyə işarə etdi. Bu, azarkeşlərin qəzəbinə səbəb oldu. Oyunun hakimi Fedayi San Vidalı yanına çağıraraq şifahi xəbərdarlıq etdi.
* Maraqlıdır ki, görüşün isveçrəli hakimi matç ərzində yalnız 75-ci dəqiqədə su fasiləsi verdi.
* Matçın əlavə olunmuş dəqiqələrində "Ludoqorets" dəyişiklik zamanı səhvə yol verdi. Əvvəlcə tabloda 15 və 23 rəqəmləri göstərilsə də, lakin meydanı "9" nömrəli Kuadvo Duah tərk etdi.
* Mətbuat konfransı bitəndən sonra Qurban Qurbanov bəzi oyunçuları meydana qaytararaq məşq elətdirdi.