"Napoli"nin baş məşqçisi Valter Mazzarri Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" ilə ilk oyununda hücumçu Viktor Osimhenin iştirakı ilə bağlı sualı cavablandırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis bu barədə "Football Italia"ya açıqlama verib:

“Yalnız onun Çempionlar Liqasında oynamağa hazır olacağına ümid edə bilərik, lakin onun oyunda iştirakı şübhə altındadır. Həkimlərin və Viktorun özünün dediyinə görə, o, hazır olmağa belə yaxın deyil, əzələ problemləri var. Afrika Kubokundan sonra onu riskə atmaq axmaqlıq olardı, əks halda o, daha bir neçə ay yaşıl meydanlardan kənarda qala bilərdi. O, bazar günü məşq edəcək və ümid edirik ki, o, "Barselona" ilə oyuna hazır olacaq".

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Napoli" və "Barselona" arasında ilk oyunu 21 fevral 2024-cü ildə keçiriləcək. Oyun Neapoldakı (İtaliya) Dieqo Armando Maradona stadionunda keçiriləcək. Cavab oyunu fevralın 12-də Kataloniyada keçiriləcək.