Polşanın "Rakuv" klubu tarixi ərzində bir ilkə imza atıb.

 Offsideplus.az xəbər verir ki, sözügedən komanda 102 illik tarixi ərzində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

Belə ki, bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda "Qarabağ"ı mübarizədən kənarlaşdıran (1:1, ümumi hesab - 4:3) polşalılar ən azı UEFA Avropa Konfrans Liqasının qrup mərhələsini təmin edib.