UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyunu ilə əlaqədar metropoliteni gücləndirilmiş iş rejiminə keçəcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Offsideplus.az-a açıqlama verib.
"Oyunun başlanması ərəfəsində "Koroğlu" stansiyası gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək. Əlavə işçilər ayrılmaqla stansiyada sərnişinlərin yönləndirilməsi, səmti rahat müəyyən etməsi təmin olunacaq. Oyun başa çatdıqdan sonra sərnişin axınından asılı olaraq, ehtiyat qatarların xəttə verilməsi tənzimlənəcək".
Metronun iş saatının uzadılması ilə bağlı "Qarabağ" klubundan "Bakı Metropoliteni" QSC-yə müraciət olunmadığından, stansiyalar gecə saat 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Qeyd edək ki, “Qarabağ” - “Linkoln” matçı bu gün saat 20:00-da başlayacaq.
Günay Xəlil