Bakı Olimpiya stadionunda keçiriləcək  “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununa bu ana qədər satılmış bilet sayı bəlli olub. 

Offsideplus.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək matça 18 500 min bilet satılıb. Bilet satışı hələ də davam edir.

Qeyd edək ki, görüş bu gün saat 20:00-da başlayacaq.

 

Offsideplus.az