Çempionlar Liqasının 1/4 finalında keçiriləcək "Çelsi" - "Real" cavab oyunu üçün hakim təyinatları məlum olub.
Offsideplus.az xəbər verir ki, matçı İtaliya Futbol Federasiyasından Daniele Orsato idarə edəcək. Ona Siro Sarbone və Alessadro Qiallatini köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Maurisio Mariani yerinə yetirəcək.
Qeyd edək ki, aprelin 18-i keçiriləcək sözügedən matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasında oynanılacaq ilk görüş "Kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.