Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniya “Kukesi”si növbəti transferini rəsmiləşdirib. 

 

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi braziliyalı Recinaldo Artur Faye ilə müqavilə imzalayıb.

28 yaşlı hücumçu iyulun 23-də komandanın hazırlıqlarına qoşulacaq. Onun “Qarabağ”la qarşılaşmalara sifariş olunacağı da gözlənilir.