“Mançester Siti”nin müdafiəçisi Riko Luis UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, ingiltərəli oyunçu buna ÇL-in qrup mərhələsinin 6-cı turu çərçivəsində "Sevilya"ya (İspaniya) 3:1 hesabı ilə qalib gəldikləri oyunda nail olub. 

52-ci dəqiqədə “şəhərlilər”in ilk qoluna imza atan sağ cinah müdafiəçisi qitənin bir nömrəli klub turnirində fərqlənən ən gənc futbolçuya çevrilib. Luis 17 yaş 346-cı günündə bunu bacarıb. 

Qeyd edək ki, əvvəlki rekord hazırda İspaniyanın “Real” klubunda çıxış edən Kərim Benzemaya məxsusdur. Təcrübəli forvard 2005-ci ildə Lion “Olimpik”ində (Fransa) çıxış edən vaxt 17 yaş 352-ci günündə Norveç "Rusenborq"u ilə qarşılaşmada qol vurub.