"Zaltsburq"a 4:0 hesabı ilə qalib gələn "Milan" Çempionlar Liqasının E qrupundan çıxmağı bacarıb.

Offsideplus.az xəbər verir ki, 10 xalla qrup ikincisi olan İtaliya təmsilçisi mübarizəni növbəti pley-off mərhələsində davam etdirəcək. 

2013-2014 mövsümündən bəri ilk dəfə ötən mövsüm ÇL-də mübarizəyə qoşulan "Milan" qrupu son pillədə başa vurmuşdu. Komanda cari mövsüm qrup ikincisi olaraq, 8 il sonra ilk dəfə pley-offa vəsiqə qazanıb.