Fransanın PSJ klubu Çempionlar Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Offsideplus.az xəbər verir ki, heyətdə hücumçu Mauro İkardi yoxdur. 29 yaşlı oyunçunun adının iştirak ərizəsində olmaması onun "Fənərbağça" ilə anlaşdığı haqda iddiaları daha da qüvvətləndirib.

Qapıçılar: Keylor Navas, Serxio Riko, Lukas Laval, Aleksandr Letelye, Canluici Donnarumma

Müdafiəilər: Əşrəf Hakimi, Presnel Kimpembe, Serxio Ramos, Markinyos, Xuan Bernat, Nuno Mendeş, Nordi Mukiele

Yarımmüdafiəçilər: Marko Veratti, Fabian Ruiz, Danilo, Vitinya, Renato Sançes, Karlos Soler

Hücumçular: Kilian Mbappe, Neymar, Paolo Sarabia, Lionel Messi, Huqo Ekitike

Qeyd edək ki, PSJ ÇL-də H qrupunda "Yuventus", "Benfika" və "Makkabi" ilə mübarizə aparacaq.