"Qarabağ" "Ferentsvaroş"a qarşı  Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşü üçün Macarıstana yollanıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisini paytaxt Budapeştə aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Komandanın zədəli futbolçuları – kapitan Maksim Medvedev və Kevin Medina səfərə aparılmayıb.

Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 9-da keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.