"Qarabağ" klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Polşa "Lex"i ilə bugünkü cavab oyununa ciddi itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev zədə səbəbindən matçı buraxacaq.

30 yaşlı oyunçunun adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.