UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün "Qarabağ"ı qəbul edəcək "Lex"(Polşa) klubu iki futbolçusu ilə yolları ayırmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, Yan Sikora və Daniel Ramires Poznan təmsilçisində qalmaq istəmir.
Sikora ölkəsi Çexiyanın "Viktoriya" (Plzen) klubunda təlim-məşq toplanışına qoşulub. Ramires isə ayrılıq qərarı ilə bağlı rəhbərliyə bildirib. Ancaq onun adı ÇL-də "Qarabağ"la oyunlar üçün iştirak ərizəsində yer alıb.
Xatırladaq ki, "Lex" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.