UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olan “Olimpiya” klubu növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Sloveniya klubu ölkənin ikinci liqasında çıxış edən “Bravo”nun hücumçusu Haris Kadriçi transfer edib. 18 yaşlı forvardla 3 illik müqavilə bağlanılıb.

Kadriç Sloveniyanın gələcək vəd edən futbolçularından hesab edilir.