UEFA prezidenti Aleksandr Çeferin Madrid "Real"ının fransalı hücumçusu Kərim Benzemanın bu mövsüm "Qızıl top"u qazanacağını düşünür.

Offsideplus.az xəbər verir ki, funksioner Çempionlar Liqasının finalından - "Liverpul" - "Real " görüşündən əvvəl "kral klubu"nun prezidenti Florentino Pereslə bu haqda söhbət edib. Çeferin bildirib ki, onun fikrincə, Benzema "Qızıl top"u qazanacaq.

Qeyd edək ki, Kərim 2021/22 mövsümündə Madrid klubunda 45 matçda 44 qol vurub və 15 qolun ötürməsini verib.