"Liverpul"un futbolçusu Sadio Mane "Çelsi"nin sabiq futbolçusu Didye Droqbanın rekordunu təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu dünən "Vilyarreal"la Çempionlar Liqasının yarımfinal matçında vurduğu qolla buna nail olub.
Belə ki, seneqallı forvard qitənin bir nömrəli klub turnirində 14-cü qolunu vurub və bu sayda fərqlənən fil dişi sahilli Droqbaya çatıb.