UEFA Çempionlar Liqasının 1/4 finalında "Benfika" ilə ilk oyun "Liverpul"un futbolçusu Sadio Mane üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi görüşün 34-cü dəqiqəsində fərqlənib. Bu, Manenin "mersisaydlılar"ın heyətində turnirdə 22-ci qolu olub. Nəticədə Mane "Liverpul"un sabiq futbolçusu Stiven Cerrardı (21 qol) qabaqlayaraq komandanın ÇL-də ən çox qol vuran oyunçuları sırasında 2-ci pilləyə yüksəlib.
Sıralamaya Məhəmməd Salah başçılıq edir - 33 qol.