UEFA Çempionlar Liqasının final oyununun Rusiyadan alınması UEFA-ya baha "otura" bilər.
Offsideplus.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin UEFA-nın rəhbəri Aleksander Çeferinə xəbərdarlıq edib.
O, qitənin ali futbol qurumu mayda Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ÇL-in final matçını başqa ölkəyə verəcəyi təqdirdə "Qazprom” şirkəti UEFA-nın sponsorluğundan imtina edəcəyini bildirib.
Bu da Avropanın ali futbol qurumunun mövsümdə 40 milyon avroluq gəlirdən məhrum olması deməkdir.