Ötən gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “İnter”lə ilk oyun (0:2) “Liverpul”un futbolçusu Ceyms Milner üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi görüşdə 86-cı dəqiqədə meydana daxil olmaqla karyerasında 800-cü oyuna çıxıb.

O, "Liverpul"da 275, "Mançester Siti"də 203, "Nyukasl"da 136, "Aston Villa"da 126, "Lids Yunayted"də 54, "Suindon"da isə 6 oyun keçirib.