Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları başlayacaq.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Gecənin maraqlı matçı Fransada PSJ və Madrid "Real"ı arasında baş tutub. "Park-de-Prens" stadionunda oynanılan görüşün taleyini 1 qol həll edib Oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə fərqlənən Kilian Mbappe meydan sahiblərinə qələbə qazandırıb. 62-ci dəqiqədə Paris klubunun argentinalı hücumçusu Lionel Messi penaltidən yararlana bilməyib.

Gecənin digər oyununda isə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"in qonağı olub. "Şəhərlilər" rəqibini 5:0 hesabı ilə darmadağın edib.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

15 fevral

00:00. PSJ (Fransa) - "Real Madrid" (İspaniya) - 1:0

Qol: Kilian Mbappe, 90+4

İstifadə olunmamış penalti: Lionel Messİ (PSJ), 62

Baş hakim: Daniele Orsato (İtaliya)

00:00. "Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 0:5

Qollar: Riyad Mahrez, 7. Bernardu Silva, 17; 44. Fil Foden, 32. Rahim Sterlinq, 58

Baş hakim: Srcan Yovanoviç