UEFA Çempionlar Liqasında yarımfinal və final matçlarının formatını dəyişdirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, bu barədə Avropanın ali futbol qurumunun prezidenti Aleksander Çeferin məlumat verib.

O, bu ideyanı bir neçə klubun prezidentinə, o cümlədən PSJ(Fransa) komandasının sahibi Nasser Əl-Xəlafiyə çatdırdığını və funksionerlərin onunla həmfikir olduğunu deyib.

Qeyd edək ki, yeni dəyişikliyə əsasən, yarımfinal və final oyunlarının əvəzinə "Dördlər finalı"nın təşkil olunacağı gözlənilir. Bu halda yarımfinaldan etibarən ev-səfər qarşılaşmaları ləğv ediləcək.