UEFA türkiyəli hakim Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni turnirdən kənarlaşdırmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, buna onların Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Milan" - "Atletiko" oyununda (1:2) səhvə yol vermələri səbəb olub.
Qeyd edək ki, Cüneyt Çakır sözügedən matçın 29-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Frank Kessini meydandan qovub. Görüşün sonlarında isə o, "Milan"ın qapısına penalti təyin edib. Abdulkadir Bitigen isə bu oyunda VAR hakimi olub.