Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunlarına start veriləcək.

Offsideplus.az xəbər verir ki, mərhələnin ilk oyun günündə 6 matç keçiriləcək. Mərhələnin digər 7 oyunu isə sabah baş tutacaq. Bu mərhələdə Azərbaycan təmsilçisi "Neftçi" də "Olimpiakos"la qarşılaşacaq.

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

18:00. "Alaşkert" (Ermənistan) - "Şerif" (Moldova)

20:00. "Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr)

22:30. "Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)

22:45. "Seltik" (Şotlandiya) - "Midtüllan" (Danimarka)