UEFA Çempionlar Liqasının finalında bir ik yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Çelsi" Kay Havertsin qolu ilə "Siti"yə qalib gələrək (1:0), ÇL-nı qazanıb. Bu, "zadəganlar"ın futbolçusu Markos Alonso üçün əlamətdar olub.
Onun babası Markitos Alonso da "Real Madrid"inin heyətində 5 dəfə - 1956 - 1960-cı illərdə Çempionlar Kubokuna yiyələnib. Beləliklə, həm Alonso, həm də babası avrokubok qazanaraq Çempionlar Liqası tarixində bir ilkə imza atıb.
Qeyd edək ki, hazırda Çempionlar Liqası Çempionlar Kubokunu əvəzləyir.