Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri ərəfəsində əsas suallardan biri Kilian Mbappe ilə bağlıdır.

Ayağındakı ağrılar üzündən komandanın dünənki məşqini buraxan PSJ-nın ulduz futbolçusundan xəbər var.

Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi "Mançester Siti"lə oyun üçün nəzərdə tutulan 25 futbolçudan ibarət iştirak ərizəsini ictimaiyyətə təqdim edib. Həmin siyahıda Mbappenin də var. Bu isə o deməkdir ki, "7 nömrə" "Mançester Siti"yə qarşı oynaya bilər.

Qeyd edək ki, Fransada baş tutan görüşdə ingilislər 2:1 hesabı ilə qələbə qazanmışdı. "Mançester Siti" - PSJ matçının start fiti sabah, Bakı vaxtı ilə saat 23.00-da "Etihad" stadionunda çalınacaq.