"Portu" klubunun baş məşqçisi Serjio Konseysao UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 46 yaşlı mütəxəssis rəqibləri "Çelsi"dən çəkinmədiklərini və London təmsilçisini keçə biləcəklərini deyib:

"Püşkdə "Bavariya" və "Mançester Siti" kimi klublarla düşmədiyimiz üçün xoşbəxtik. "Çelsi" yaxşı komandadır, lakin onların "Yuventus"dan bir fərqləri yoxdur. Püşk barəsində xoşbəxt olmalıyıq, öz oyun tərzimizə sadiq qalacağıq və "Yuventus" səddini keçdiyimiz kimi onları da keçəcəyik".

Qeyd edək ki, turnirin final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.