Çempionlar Liqasının 1/8 final mərhələsində ötən gecə baş tutan İtaliyanın “Atalanta” klubu ilə oyun "Real"ın futbolçusu Toni Kroos üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, alman yarımmüdafiəçi komandasının 3:1 hesablı qələbəyə sevindiyi görüşdə meydana çıxmaqla ÇL-də 100-cü görüşünü keçirib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında ən çox oyun keçirən alman futbolçu 117 matçla Manuel Noyerdir..