Əslində bu yazımı dünən Bavariyanın möhtəşəm oyunundan sonra paylaşacaqdım. Amma dedim digər oyun da bitsin belə paylaşım.
Həqiqətən dünənki oyun barədə keçirdiyim hissləri yazmasam olmaz oyun sonrası keçirdiyim hissləri yazdığım bu bloqda.
Sən canı heç dəxlisi var? Barselona fanatlarına “Çelsini udanda hakimi neçəyə almışdız?” Yuve fanatlarına “İtaliyada yenə oyun alıb-satırsınız?” , “Romanın 2 penaltisini vermədilər, tur Romanın haqqı idi” Bunu yazanlar bilirsiz kimlərdi? Təəssüf ki, bunu yazanlar Facebook lentimdə görünən bəzi Real fanatları idi…
Gəlin məsələyə baxın belə yanaşaq. Hər iki oyunda yaxşı oynayan tərəf kim idi? Təbii ki, Bayern Münhen. Rəqəmlər ortada, statistikalar göz qabağında. Adama deyərlər ay hakim, Marselonun belə boynuna aldığı penaltini niyə vermirsən? Neynəməlidi axı Bavariya daha? Hələ Levandovskinin vəziyyətlərini demirəm. Real, sənin kimi qıl komanda görmədim də. Birinci oyunda Rafinyanın səhvi, ikinci oyunda Ulrayxın səhvi. Əslində gözlədim 90+da da Ronaldo penaldan qol vursun, sonra formasını çıxarsın, amma olmadı (Ronaldo o gün oyunda 7 nömrəli formanı geyinən oyunçu idi?)
Haqqını verirəm, Real sənin. PSJ, Yuventus, Bavariya kimi 3 nəhəng klubu devirdin. Heç bir klubun gücü bu 3 komandanı devirməyə çatmaz. Bəxt də həmişə güclünün tərəfində olur. Finala da çıxdın, təbriklər. Amma layiq idin? məncə layiq deyildin. Hələ oyunçularının verdiyi açıqlamaları oxuyanda lap gülməyim gəlir. Barselonaya münasibətdə “Onlar Liqa və ölkə kubokunu qazana bilərlər, amma ÇL kubokunu heç nəyə dəyişmərəm.” Sonra Serxio Ramosun “Qoy onlar danışsınlar, biz stadionda danışırıq.” Ciddisən, Ramos? Stadionda nə danışdız o gün? Bəyəm nolub? Qazanmısız? Çempionsuz? İşdi finalda uduzduz Liverpula, nə olacaq? Deyəcəklər ki, Real dalbadal 3 böyük klubu uddu çıxdı finala? YOX! Mən və hamı (təbii ki səndən başqa, çünki sən reallısan) Real bu mövsümü kuboksuz başa vurdu deyəcəklər. Sən XX əsrin klubusane, sən dünyanın ən güclü klubusan. Çırpıla-çırpıla, döyülə-döyülə finala çıxmaq yaraşdı sənə?
Hələ utanmaz-utanmaz bəzi Real fanatları “Əcəb elədik, zor elədik” Məzələnirsiz? Heç nə, ümid qaldı Liverpula. Dünənki oyun barədə də yazım, bəli hakim kobud səhvlər elədi, offside yox idi, məntiqlə qırmızı kart da veriləcəkdi, penal da olacaq da. O biri vəziyyətdə də penal var idi. Romanın dünən haqqını yedilər təbii ki. Amma cütün hər iki oyununu nəzərə alanda yaxşı oynayan tərəf kim idi? Hər halda Liverpul, necə ki digər tərəfdə Bavariya idi. Dünən oyundan sonra Real fanatları başlayıblar, niyə səsiniz çıxmır, niyə Liverpulun hakimin tərəfini saxladığından danışmırsız yazırdı. De səsimiz çıxır, yazırıq da. Roma yaxşı oynadı, mükəmməl oynadı, sonacan döyüşdü, amma finala Liverpul layiq idi. Bizim şərhçilər kimi düşünməyin də (3-2 olanda, penallar verilsəydi indi hesab 5-2 idi :D) Onu da qeyd edim ki, Liverpul və ya Roma fərqi yoxdur mənim üçün, təki belə klublar qalib gəlsin həmişə.
Bu xırda paraqrafı da Bavariyaya ayırım. Həftədə 1 dəfə heç olmasa futbol oynayanlarməni başa düşəcək. A kişi, o nə temp idi? Nə qədər içəri asma edəsən, zərbə vurasan? Gözlərimə inana bilmədim. Sadəcə möhtəşəm idilər, rəsmən çırpdılar Realı. Çoxdandır belə templə oynanılan bir oyun görməmişdim.
Bu aralar əsəb xəstəsi olmaq istəmirsinizsə və futboldan kənarlaşmaq istəyirsinizsə NBA-də play offlar başlayıb, Klivləndin oyunları gedir maraqlı. Ölmədən əvvəl heç olmasa 1 oyun Lebron Ceymsin oyunlarına baxın. Bir də Snooker üzrə Dünya Çempionatı gedir, düzdü O`Sallivan uduzdu dəxlisiz kimi, amma digər favoritlər qalıb. Buraxın futbolun başını, qoyun ancaq Reallılar baxsın. Qınamayın məni, belə futbola real baxa bilmirəm.
VAR sistemi deyile heç mənim dərdim, istəmirəm də VAR sistemini. Amma Çakır ver də bu zibilə qalmış penaltini, niyə popocuğun çatmır axı penaltini verməyə. Nədən qorxursan? VAR yoxsa YOX bilmirəm, amma bu iki sözü o gün nə qədər eşitdim…
Real fanatlarına heç bir sözüm yoxdur, həqiqətən səhv başa düşməyin. Siz dünyanın ən güclü klubusuz və fanatlarısız. Sadəcə obyektiv baxın məsələyə, deyin ki biz layiq deyilik bu futbolla çempionluğa. Bunu yazın, başqa heç nə istəmirəm. Emosiyanızı, hisslərinizi qoyun qırağa. Obyektiv baxın və deyin ki, layiq deyilik.
Mənim fəlsəfəm tamam ayrıdı. Mən “Pep dahi” , “Barsa modeli vau” deyən tayfadan da deyiləm. Mən insanların öz güclərinə görə bir yerə gəlməyini istəyənlərdənəm. Yaşasın Marsel! Yaşasın Napoli, Roma! Yaşasın Arsenal, Liverpul! Yaşasın Mönşın Münxenasdf nəsə də bir alman klubu! Yaşasın Borussiya, Everton, Sent-Etyen, Atalanta, Bazel və digərləri!
Fonda R.E.M.-dən “Losing my religion” gedir, paralel dünyada isə türkiyəli hakim Arbeloaya qırmızı kart göstərir.
Bu arada bu bloq futbol analitikası, düzgün qrammatika ilə yazılmış cümlə yığını, ədəbi esse, fanfinfon deyil. Bu yazıdan sonra məni də unfollow et, xahiş edirəm, əgər sən də “zor eliyib uduruq” deyirsənsə. Səni məcbur etmirəm oxumağa, biz fəhlələrüy fəhlə…
Babək Qasımzadə
Qeyd: Müəllifin digər yazılarını oxumaq üçün bu linkə daxil ola bilərsiniz: https://futboltanrilari.wordpress.com/