MMA üzrə rusiyalı dünya çempionu Həbib Nurməhəmmədov UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün keçiriləcək "Barselona" - PSJ oyununu stadiondan izləyəcək.

 Offsideplus.az xəbər verir ki, 32 yaşlı idmançı "Barselona"nın stadionuna gedərkən çəkilən şəklini "instagram" hesabından paylaşıb.

Nurməhəmmədov fotonun üzərinə "Kamp Nou"ya gedərkən, haydı PSJ, #HalaMadrid" sözlərini yazıb.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.