"Barselona" ilə oyun üçün dünən İspaniyaya gələn PSJ-lilər növbəti "sürpriz" lə qarşılaşıb.

Offsideplus.az "Chiringuito"ya istinadla xəbər verir ki, yerli fanatlar qonaqların qaldığı otelin yerini müəyyənləşdirəndən sonra həmin əraziyə yaxın yerdə toplaşıblar. Fişənglərdən və səsli pirotexniki vasitələrdən istifadə etməklə atəşfəşanlıq ediblər. Bununla da vacib oyundan əvvəl PSJ-nin futbolçularını narahat ediblər. Və bu hal bir neçə dəfə təkrarlanıb. 

Həmin anın görüntüsünün bir hissəsini təqdim edirik.