UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Bavariya" - "Real" oyununda meydan sahibləri daha bir itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Aryen Robben oyunun 8-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Yup Haynkess onun əvəzinə meydançaya Tiaqo Alkantaranı daxil edib.

Qeyd edək ki, bundan əvvəl Arturo Vidal və Kinqsli Koman da zədə səbəbi ilə bu görüşü buraxmalı olmuşdu.