"Messi həyatında xüsusi bir dövrdən keçir. Bu, karyerası ilə yox, yayda baş verən problemlərə görədir. İndi isə “Barselona”da qalıb-qalmayacağına qərar verməlidir".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Andre Pirlo deyib. Çempionlar Liqasının qrup mərhələsinin son turunda baş tutacaq "Barselona" ilə matç öncəsi açıqlama verən Pirlo Lionel Messinin psixoloji problemləri olduğunu qeyd edib:
"Messi oyun vaxtı həmişə özünü göstərir. Məncə, onun futboldan daha çox psixoloji problemi var. Amma bunun bizimlə heç bir əlaqəsi olmadığına görə təfərrüatları danışmaq istəmirəm. Messi bir fenomendir. O, bunu sübut edib".
Qeyd edək ki, "Barselona" - "Yuventus" görüşü bu gün saat 00:00-da başlayacaq.