Türkiyəli referi Cüneyt Çakır UEFA-dan daha bir təyinat alıb.
Offsideplus.az xəbər verir ki, 44 yaşlı hakim Çempionlar Liqasında qrup mərhələsinin son turunda baş tutacaq "Latsio" - "Brügge" oyununu idarə edəcək. Ona Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Hüseyn Göçek yerinə yetirəcək.
Qeyd edək ki, sabah baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.