Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq "Barselona"yla matça "Dinamo" böyük itkilərlə çıxacaq. 

Offsideplus.az xəbər verir ki, Ukrayna təmsilçisi "Dinamo" Çərşənbə günü keçiriləcək oyunda kapitan da daxil olmaqla, 13 futbolçusunun köməyindən məhrum qalıb. Belə ki, oyunçulardan 9-u Qeorgi Tsitaişvili, Denis Qarmaş, Mikkel Duelund, Aleksander Karavaev, Tudor BelutseMikola Şaparenko koronavirusa yoluxub, komandanın kapitanı Serqey Sidorçukun oyuna çıxması şübhə altındadır. Digər 3 oyunçu Nikita Burda, Oleksandr TimçikVladimir Kosteviç isə zədələnib.

Qeyd edək ki, "Barselona" - "Dinamo" (Kiyev) oyunu 5 noyabr, saat 00:00-da başlayacaq.