UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu ada İtaliya "Atalanta"sında Duvan Zapata, İngiltərə "Mançester Yunayted"indən Markus Reşford, Fransa PSJ-sindən Moyze Kin və İspaniya "Atletiko"sundan Joau Feliş iddialıdır.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə ilə müəyyənləşəcək.