Ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsində "Leyptsiq" "Mançester Yunated"in qonağı olub.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" qonaqları Old-Trafford-a ayaq basmağa peşman edib. Belə ki, İngiltərə klubu 5:0 hesabı ilə "Leyptsiq"i darmadağın edib. 

Matç Markus Reşfordun möhtəşəm het-triki ilə yaddaşlarda qalıb.

Böyük hesabla bitən oyunun icmalını təqdim edirik:

“Mançester Yunayted” (İngiltərə) – “Leyptsiq” (Almaniya) 5:0 (M.Grinvud, 21. M.Reşford, 76. 78. 90. A.Martial, 87.)