UEFA İcraiyyə Komitəsinin Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarını 8-9 avqustda keçirməyi planlaşdırır.

Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, avqustun 12-dən etibarən isə Portuqaliyanın Lissabon şəhərində 8 komandadan ibarət mini-turnir təşkil olunacaq. Matçlar "Jose Alvalade" və "Estadio da Luş" stadionlarında baş tutacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclası iyunun 17-də olacaq.